Albaniya hökuməti Aİ-nin 33 milyon avro vəsaitini mənimsəyib

Avropa Birliyinin fırıldaqçılıqla mübarizə ofisi (OLAF)bildirib ki, problemli Alban kənd icmalarına kömək üçün nəzərdə tutulan 33 milyon avroya yaxın vəsait sui-istifadə edilib.

Bizimxeber.az bildirir ki, bu barədə ““Balkan Insight” məlumat yayıb.

Bildirilir ki, pullar layihəni idarə edən Albaniyanın Kənd İnkişafı üzrə Milli Agentliyi tərəfindən korrupsiya yolu ilə xərclənib.

OLAF Avropa Komissiyasına Aİ-yə Namizəd Ölkələrdə Kəndlərin İnkişafı Alətinin (PARD) növbəti mərhələsi üçün daha 112 milyon avronu bloklamağı tövsiyə edib.

Araşdırmaların nəticələrinə görə, OLAF Avropa Komissiyasına IPARD II proqramlarının birinci və ikinci tenderlərinin 33 milyon avro məbləğində maliyyələşdirilməsinin bir hissəsinin qanunsuz kimi tanınmasını tövsiyə edib", - məlumatda əlavə edilib.

İkincisi, tender prosesi saxta təkliflər verməklə saxtalaşdırılıb; nəhayət, investisiya qiymətləri şişirdilmiş və bəzi benefisiarlar müqavilə öhdəliklərini pozmuşlar.

OLAF vurğuladı ki, "istintaq zamanı aşkar edilmiş mümkün cinayət fəaliyyətini nəzərə alaraq, OLAF həmçinin öz nəticələrinin surətini Albaniyanın məhkəmə orqanlarına göndərib".

İyunun əvvəlində Albaniyada baş nazir Edi Ramaya qarşı etirazlar başlayıb, onun istefası tələb olunub. Onun mütəşəkkil cinayətkarlıq və korrupsiyada iştirakı üzə çıxıb.