Akif Qurbanova ailəsi ilə görüş verilmədiyi deyilir

İyunun 1-də III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanova ailə üzləri - valideynləri ilə görüş verilmədiyi bildirilir.

Bu barədə məlumatı III Respublika Platforması yayıb. Bildirilib ki, ailəsinin A.Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib: "Ona aparılan kitablar da geri qaytarılıb".

"Akif Qurbanov iyunun 1-də həmçinin telefon ilə ev ilə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib",- məlumatda əlavə edilib.

III Respublika Platforması bunu A.Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal edir: "Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq".

A.Qurbanovun vəkili Şəhla Hümbətova onunla ötən həftədən görüşmədiyini, amma ailəsindən bu barədə eşitdiyini deyib: "Mən yalnız onunla görüşəndən sonra konkret nəsə deyə bilərəm".

III Respublika Platformasının bu açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. A.Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi: "İndi Azərbaycanda Stalin üslubu icra olunur. Necə ki, Stalin direktiv göndərərək "minin belinə, etiraf edincə düşməyin" üslubunu tələb edir, NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) də icra edirdi".