Ajda Pekkanın son vəziyyəti açıqlandı

Evində yıxılması səbəbindən xəstəxanalıq olan türkiyəli müğənni Ajda Pekkanın son vəziyyəti açıqlanıb.

Bu barədə onun meneceri Oğuz Arınmış instaqramda bildirib.

Onun sözlərinə görə, A. Pekkanın əməliyyatı uğurlu keçib, vəziyyəti yaxşıdır: “Sevənlərinə həmişə olduğu kimi sevgilərini çatdırır”.