Britaniya Ukraynaya hər il 3 milyard funt-sterlinq hərbi dəstək ayıracaq

Britaniya Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini vəd edib. 

Bizimxeber.az bildirir ki, Böyük Britaniyanın xarici işlər naziri David Cameron

O, bu barədə Kiyevə elan olunmamış səfəri zamanı “ Reuters” agentliyinə müsahibəsində bildirib. Cameronun açıqlaması 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından sonra Böyük Britaniyaya verilən ən böyük dəstək vədidir. 

"Biz nə qədər lazımdırsa, hər il üç milyard funt sterlinq verəcəyik. Biz sadəcə olaraq, avadanlıq təmin etmək baxımından əlimizdən gələni edirik. Bunun bir hissəsi ( avadanlıq ) mən burada olduğum müddətdə bu gün Ukraynaya gəlir", - Kemeron əlavə edib.

Britaniyalı diplomat həmçinin ABŞ Konqresinin Ukraynaya çoxdan gözlənilən 61 milyard dollarlıq yardım paketinin qəbul edilməsini alqışlayıb. “Bu, təkcə onun gətirəcəyi silahlar baxımından deyil, həm də burada Ukraynadakı insanlara gətirəcəyi mənəviyyat baxımından son dərəcə vacibdir”, - nazir bildirib.