Ailəsi Baydeni seçkidən çəkilməməyə inandırır - CNN

Co Baydenin ailəsi onu prezidentlik yarışında qalmağa çağırıb. Onlar ABŞ prezidentinin debatlardakı zəif çıxışından sonra baş köməkçilərin işdən çıxarılıb-qovulmayacağını da müzakirə edib. 

Bizimxeber.az bildirir ki, bu barədə CNN Baydenin məsləhətçilərindən aldığı məlumata əsaslanaraq yazıb.

Bayden ailəsi - birinci xanım Jill Bayden, oğlu Hunter və nəvələri - əvvəllər planlaşdırılan görüş üçün Kemp Devid iqamətgahına toplaşaraq prezidenti yenidən seçilmək üçün mübarizəni davam etdirməyə çağırıblar.

Müşavirlərdən birinin sözlərinə görə, ailə üzvləri prezident Baydeni Trampla debatına hazırlayan komandadan açıq şəkildə məyus olublar. Onlar kiminsə işdən azad edilib-edilməməsi və təşviqat heyətində dəyişiklik edilib-edilməməsini müzakirə ediblər.

Bayden sadiqliyi və yaxın məsləhətçilərinin müdafiəsi ilə tanınır və köməkçilərini işdən çıxarmağı sevmir. Bazar gününə olan məlumata görə, onun kampaniyasında ciddi kadr dəyişikliyi gözlənilmir.

Müşavirlərdən birinin sözlərinə görə, müzakirələrdə onun namizədliyinə yenidən baxıb-baxmaması yox, “Bayden klanı” üzvlərinin prezidentə necə kömək edə biləcəyi müzakirə olunub. Məsləhətçilərin sözlərinə görə, Bayden səsvermə məlumatlarını toplamaqda maraqlıdır və bu həftə Demokratik kampaniya ilə bağlı daha geniş sorğu və araşdırma gözləyir.