Aİ Ukraynaya sülhməramlılar göndərilməsini müzakirə edir

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı müzakirələrə başlayır.

Bizimxeber.az bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Kossuth məlumat verib.

“Biz Avropa liderlərinin iştirakı ilə Aİ-yə üzv dövlətlərin hansısa formada Ukraynaya sülhməramlı qruplarının göndərilməsini müzakirə edəcəyik. Bəlkə də bu müzakirələrdə konkret qərar qəbul olunmayacaq. Hər halda belə bir müzakirənin aparılması gündəmdədir".

Qeyd edək ki, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Aİ büdcədən Ukraynaya tədarük üçün sursat istehsalının artırılmasına dəstək verməyi planlaşdırır.