Aİ Ukraynaya ABŞ-dan daha çox dəstək verir - Şarl Mişel

Avropa İttifaqı dövlətləri Ukraynaya ABŞ-dan daha çox maliyyə dəstəyi verir. 

Bizimxeber.az bildirir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel “France 24” telekanalına müsahibəsində deyib. 

“Biz ABŞ-dan daha yüksək iqtisadi qiymət ödəyirik, çünki onlar enerji ixracatçısıdır. Və biz Avropanın enerji bazarında təlatümlər görürük”, - Mişel izah edib.

O xatırladıb ki, Avropa İttifaqı ölkələri Ukraynadan olan qaçqınları qəbul edir, həmçinin enerji problemləri ilə bağlı problemlərin həlli üçün çoxlu səylər göstərir.