Aİ Rusiyaya qarşı sanksiyalara yenidən baxmalıdır - Orban


Macarıstanın baş naziri Viktor Orban enerji qiymətlərinin artmasına səbəb olduğu üçün Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. O, bu barədə Kossuth radiostansiyasına müsahibəsində bildirib. 

“Enerji qiymətləri bütün mümkün vasitələrlə aşağı salınmalıdır. Bu o deməkdir ki, sanksiyalara yenidən baxılmalıdır”. Baş nazir vurğulayıb ki, Rusiyaya qarşı mövcud məhdudiyyətlərlə enerji qiymətləri azalmayacaq.

O qeyd edib ki, noyabrın 8-də Aİ elektrik enerjisi və yanacağın qiymətinin aşağı salınmasına yönəlmiş bəyannamə qəbul edib.