"Polşanın miqrantlara sığınacaq verməkdən birtərəfli qaydada imtina etmək niyyəti ölkənin insan hüquqları sahəsində öhdəliklərini pozmaq təhlükəsi yaradır".
Bizimxeber.az bildirir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Politico- ya şərhində bildirib.
Avropa Komissiyasının sözçüsü bildirib ki, üzv dövlətlər “sığınacaq proseduruna çıxışı təmin etmək öhdəliyi də daxil olmaqla, beynəlxalq və Aİ öhdəliklərinə malikdirlər”.
"Biz Avropa həlli üzərində işləməliyik - bu, Putin və Lukaşenkonun hibrid hücumlarına davamlı olacaq, dəyərlərimizə təhlükə yaratmayacaq", - Avropa Komissiyasının sözçüsü bildirib.
Sözçü deyib ki, təkcə bu il Yaxın Şərq və Afrikadan ən azı 26 000 insanın Polşa ilə sərhədi keçdiyi böhran onu göstərir ki, “biz Rusiya və Belarusun öz dəyərlərimizdən, o cümlədən sığınacaq hüququndan istifadə etməsinə icazə verə bilmərik".