Aİ-nin yüksək səviyyəli şəxsləri Çinə gedir

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişel Çinə gələ bilər.

Bizimxeber.az bildirir ki, bu barədə “Global Times” qəzetinə yazır .Çinin Avropa İttifaqındakı (Aİ) səfiri Fu Konq deyib.

Diplomatın sözlərinə görə, Çin və Aİ-nin özü artıq yüksək səviyyəli Avropa rəsmilərinin səfərinə hazırlaşır. Pekin ümid edir ki, bu, Çin və Aİ nümayəndələrinin tez-tez qarşılıqlı səfərlərinin başlanğıcı olacaq.

Konq həmçinin qeyd edib ki, Çin Ukrayna məsələsində Avropa İttifaqının mövqeyini tam bölüşmür: "Ancaq Çin istəmir ki, Ukrayna problemi Çin və Aİ arasında münasibətlərin inkişafına təsir göstərsin".