Aİ Macarıstanla bağlı sərt tədbirlər planlaşdırır

Avropa İttifaqının daimi nümayəndələri Macarıstanın üç rus oliqarxının adını siyahılardan çıxarmaq cəhdini dəstəkləmədən Rusiya və Belarusa qarşı mövcud sanksiyaların altı ay müddətinə uzadılmasını təsdiqləyiblər.

Bizimxeber.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun Avropa məsələləri üzrə redaktoru Rikard Jozviak öz mənbələrinə istinadən yazıb.

“Aİ səfirləri həmçinin 1900-dən çox Rusiya və Belarus fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların daha 6 ay müddətinə uzadılması barədə razılığa gəliblər.

Jurnalistin sözlərinə görə, Macarıstan Əlişir Usmanov, Vyaçeslav Kantor və kiçik Dmitri Mazepin-i rusiyalı oliqarxlar siyahısından çıxarmaq istəyib, lakin yenə də buna nail ola bilməyib.

Fevralın əvvəlində Aİ Ədalət Məhkəməsi Rusiya-Özbəkistan metallurgiya və telekommunikasiya maqnatı Əlişir Usmanov və Rusiyanın keçmiş baş naziri İqor Şuvalovun Avropa İttifaqının sanksiyalar siyahısında qalması barədə qərar çıxarıb.