Avropa Komissiyası Livana 30 milyon avro məbləğində əlavə humanitar yardımın ayrıldığını açıqlayıb.
Bizimxeber.az bildirir ki, Avropa Komissiyasının məlumatına görə, bu yolla Livana humanitar yardımın ümumi məbləği 104 milyon avrodan çox olacaq.
Avropa Komissiyasının sədri Ursula fon deyib ki, yeni maliyyə vəsaiti bu çox çətin zamanda mülki şəxslərə çox ehtiyac duyulan yardımı təmin edəcək. Avropa Komissiyası bildirib ki, bu yeni təcili yardım paketi təcili ərzaq yardımı, sığınacaq və tibbi yardım, eləcə də digər zəruri dəstəyi təmin edəcək.