Aİ İsrailin Livandakı BMT sülhməramlılarına hücumunu pislədi

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrail Müdafiə Qüvvələrinin (IDF) Livanda BMT qüvvələrinə qarşı hücumlarını pisləyib. 

Bizimxeber.az bildirir ki, bu barədə Avropa Şurasının saytında dərc edilmiş bəyanatda deyilir .

Borrell bu cür hücumları qəbuledilməz və beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb. O vurğulayıb ki, bu cür hərəkətlər “dərhal dayandırılmalıdır”.

Həmçinin, Borrelin bütün Aİ ölkələri adından bəyanatında qeyd olunur ki, bütün subyektlər BMT-nin təhlükəsizliyini və əmlakını təmin etmək üçün lazımi tədbirlər görməyə, habelə BMT-nin binalarının toxunulmazlığına hər zaman riayət etməyə borcludurlar. 

Aİ diplomatiyasının rəhbəri İsraildən izahat gözlənildiyini vurğulayıb.

Borrell vurğulayıb ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə Aİ üzvü olan 16 ölkənin hərbçiləri və şəxsi heyəti daxildir.