Aİ İrana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı Rusiyanı ballistik raketlərlə təchiz etdiyinə görə İrana qarşı sanksiyalar paketi təqdim etməyə hazırlaşır. 

Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Həmsöhbətlərin sözlərinə görə, ilk tədbirlər paketi maşınqayırma, metallurgiya və aviasiya şirkətləri də daxil olmaqla, ona yaxın fiziki və hüquqi şəxsləri əhatə edəcək. 

Aİ-nin məhdudiyyətləri raketlərin verilməsinə ilk cavab olacaq və hazırda əlavə siyahılar nəzərdən keçirilir. ABŞ ayrı-ayrılıqda İsrailə son zərbəsinə görə İrana qarşı sanksiyalar tətbiq edəcəyini bildirib və müttəfiqlərindən də eyni addımı atmasını istəyir.