Avropa Komissiyası Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməkdə ittiham olunan üçü Çində yerləşən iyirmiyə yaxın şirkətə yeni ticarət məhdudiyyətləri təklif edib.
Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg yazıb.
Aİ-nin nəzərdən keçirdiyi sanksiya siyahısına Honq-Konq, Hindistan, Çin, Serbiya və Türkiyə şirkətləri əlavə edilib. Təsdiq olunarsa, Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi ilə bağlı Çin hüquqi şəxsləri ilk dəfə olaraq Aİ-nin sanksiyalarına məruz qalacaq.
Sanksiya təklifi hələ də bütün Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməlidir, ona görə də o, dəyişdirilə bilər.