“Aİ-92” və dizel bahalaşır

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq.

Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb. 

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur. “Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, - teleqram kanalın həmsöhbətləri bildirib.