Vladimir Zelenskinin “qələbə planı”nı şərh edən Ağ Ev bəyan edib ki, NATO-da Ukraynanın Alyansa daxil olması ilə bağlı konsensus yoxdur.
Bizimxeber.az bildirir ki, bunu Ağ Ev rəhbərinin Almaniyaya səfəri ərəfəsində jurnalistlərə məlumat verən ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisi deyib.
Rəsmi qeyd edib ki, hazırda Zelenski tərəfindən hazırlanan planın müxtəlif elementləri ilə bağlı fəal söhbət gedir və NATO üzvləri arasında Ukraynanın dəvət olunması ilə bağlı müzakirələr gedir.
"Hazırda Ukraynaya dəvət təklif edib-etməmək barədə konsensus yoxdur", - yüksək rütbəli məmur bildirib.
Eyni zamanda, o, NATO-nun Vaşinqton sammitinin Ukraynanın üzvlük üçün dönməz yolda olması barədə qərarını xatırladıb.
O əlavə edib ki, planın bəzi elementləri uzunmüddətlidir və “Ukrayna onların uzun, uzun illər, bəlkə də onilliklər ərzində həyata keçirilməsini görmək istərdi”.
"Başqaları daha qısamüddətlidir, xüsusən də bəzi hərbi imkanlar nöqteyi-nəzərindən onlar artıq özlərini təmin etməyə çalışırlar. Biz isə artıq bunun bir hissəsini fəal şəkildə edirik", - həmsöhbət əlavə edib.