Abxaziya ilə Rusiya sərhəddində atışma

Abxaziyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya ilə sərhəddə qətl hadisəsində şübhəli bilinən şəxsləri saxlayıblar.

Bizimxeber.az bildirir ki, bu barədə Qaqra Rayon Prokurorluğu məlumat yayıb.

İdarədən əlavə ediblər ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Bundan əvvəl prokurorluq Rusiya ilə sərhəddə yerləşən Psou keçid məntəqəsində baş verən atışma ilə bağlı cinayət işinin başlandığını elan edib. Atışma nəticəsində üç Abxaziya vətəndaşı yaralanıb, biri ölüb.