ABŞ Yaxın Şərqə hərbi gəmilər göndərdi - İrana strateji cavab veriləcək

İsrail və İran arasında gərginlik artdıqdan sonra ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərib. ABŞ-ın İsraili və bölgədəki Amerika qüvvələrini qorumaq üçün hərbi gəmiləri səfərbər etdiyi bildirilir.

Bizimxeber.az bildirir ki, Amerika mediasının ABŞ Müdafiə Nazirliyi rəsmilərinə əsaslanaraq yaydığı xəbərdə Vaşinqtonun bölgədəki qüvvələrinin müdafiə gücünü artırmaq və regional çəkindirməni dəstəkləmək üçün Yaxın Şərqə əlavə qüvvələr göndərdiyi bildirilib.

ABŞ-ın iki rəsmisi Politico xəbər saytına verdiyi açıqlamada İranın Vaşinqtondan reaksiya görməyəcək və regional münaqişəyə səbəb olmaqdan çəkinəcək ciddi cavab strategiyası hazırladığını bildirib.