ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalanacaq

İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində Ukrayna və ABŞ prezidentlərinin görüşü baş tutacaq. Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

Kirbi qeyd edib ki, G7 toplantısında ABŞ Ukraynaya bağlılığını açıq və aydın şəkildə bəyan etməyə davam edəcək:"Putinə zamanın onun tərəfində olmadığını göstərmək üçün cəsarətli addımlar atacağıq". 

Bu kontekstdə o qeyd edib ki, prezidentlər Bayden və Zelenski görüşdə “Ukraynaya indi və gələcəkdə güclü dəstəyimizi alacaq” mövzudu ətrafınfa müzakirə edəcəklər.

Görüşdən sonra hər iki lider mətbuat konfransı keçirəcək.

Bundan əlavə, Kirbinin sözlərinə görə, G7 sammitində immobilizasiya olunmuş Rusiyanın suveren aktivlərindən vəsaitlərin Ukraynaya köçürülməsinə yönəlmiş yeni addımlar elan ediləcək. Kütləvi informasiya vasitələri Ukrayna və ABŞ prezidentlərinin İtaliyada ikitərəfli təhlükəsizlik sazişi imzalaya biləcəyini yazıblar. Bundan başqa, ABŞ prezidenti Co Bayden, mətbuatın yazdığına görə,  Ukraynaya daha bir “Patriot” raket sisteminin verilməsini təsdiqləyib.