ABŞ və Rusiya razılaşdı - Nüvə silahından istifadə edilməyəcək...

Rusiya Federasiyası ilə ABŞ arasında nüvə silahından istifadə etməmək barədə razılaşma var.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya Federasiyası ilə ABŞ arasında razılaşmalar Ankarada əldə olunub.

Ərdoğan həmçinin əlavə edib ki, yeni dünya müharibəsinin qarşısını almaq üçün iki ölkə tez-tez görüşməlidir.

Məlumdur ki, noyabrın 14-də MKİ-nin direktoru Uilyam Börns və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Serhiy Narışkin Ankarada görüş keçiriblər.