Yaxın həftələrdə ABŞ və Britaniya administrasiyaları Ukrayna rəhbərliyinə gizli şəkildə Qərb silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verəcək.
Bizimxeber.az bildirir ki, bunu Britaniyanın LBC radiostansiyasının jurnalisti Nataşa Klark deyib.
Onun sözlərinə görə, Vaşinqton və London bunu yalnız ilk raket zərbələri endirdikdən sonra rəsmən elan edəcəklər.