"ABŞ Ukraynaya xarici qoşunların göndərilməsini dəstəkləmir" - Blinken

"ABŞ administrasiyası Ukraynaya xarici qoşunların göndərilməsini dəstəkləmir". 

Bizimxeber.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. 

O, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin mətnini təqdim edən LCI telekanalına müsahibəsində deyib.

ABŞ dövlət katibinin sözlərinə görə, ABŞ Ukraynada qoşunların yerləşdirilməsi ideyasını dəstəkləmir, çünki onlar “bu münaqişənin tərəfi olmaq” istəmirlər.

"ABŞ Ukraynaya döyüşmək üçün qoşun göndərilməsinin tərəfdarı deyil. Biz bunu ilk gündən çox açıq şəkildə bəyan etmişik: biz bu münaqişənin tərəfi olmaqda maraqlı deyilik, lakin Rusiyanın təcavüzündən özünü müdafiə edən Ukraynanı dəstəkləmək istəyirik. "dedi Blinken.