ABŞ Ukraynaya 11-ci hərbi yardım paketinin təhvil verildiyini elan edəcək.
Bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi brifinqdə bildirib.
Paketə daha uzaqmənzilli sistemlər daxildir.
Qeyd edilir ki, bu 700 milyon dollarlıq sistemlər ukraynalılar tərəfindən Rusiya qüvvələrinin Ukrayna ərazisində irəliləməsini dəf etmək üçün istifadə olunacaq. Onlar Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edilməyəcək.
Mənbə: TASS