ABŞ Ukraynaya uzaqmənzilli ATACMS raketləri göndərənəcək

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanı yeni güclü ATACMS uzaqmənzilli ballistik raketlərlə təmin etməyi planlaşdırır.

Bizimxeber.az bildirir ki, bu barədə "NBC News"a iki amerikalı məmur bildirib .

Rəsmilər bildiriblər ki, Birləşmiş Ştatlar indi Ukraynaya daha uzaq məsafədən zərbə endirməyə imkan verəcək daha uzun mənzilli raketlər göndərməyə çalışır.

Rəsmilərin dediyinə görə, Konqres Ukraynanın maliyyələşdirilməsini təsdiq edərsə, ABŞ pulla ödənilən ilk hərbi yardım paketlərindən birinə uzun mənzilli ATACMS-ləri daxil edə bilər. Onlar əlavə ediblər ki, ABŞ-ın maliyyə dəstəyi təsdiqlənərsə, dərhal Ukraynaya göndərməyə hazır olan sursat və artilleriya da var.

Rəsmilər də istisna etməyiblər ki, onlar müttəfiqlərə Ukraynaya raketlər vermək, həmçinin ATACMS ehtiyatlarını artırmaq tələbi ilə müraciət edə bilərlər.

Xatırladaq ki, ötən həftə ABŞ Senatı Ukrayna üçün 61 milyard dollar nəzərdə tutan paket qanun layihəsinə səs verib. Lakin ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya dəstək üçün vəsaiti ehtiva edən qanun layihəsinə səs vermədən fevralın sonuna qədər fasilə verdi .