ABŞ Ukraynaya hərbi yardım edəcək

ABŞ Ukraynaya 1,1 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırır.

Bizimxeber.az xəbər verir ki, bu barədə ABŞ rəsmi mənbələrindən biri “Reuters“ə açıqlamasında bildirib.

Mənbə Vaşinqtonun yeni paketin tərkibinin Ukraynanın işğal altındakı ərazilərində keçirilən “referendum”un nəticələrindən sonra açıqlanacağını bildirib.

Təhlükəsizlik paketinə HIMARS raket sistemlərinin, dron əleyhinə müxtəlif sistemlərin, radar sistemlərinin, ehtiyat vasitələrin, təlim və texniki dəstəyin daxil olacağı qeyd olunub.