ABŞ Ukraynaya F-16 qırıcılarından Rusiyaya qarşı istifadə etməyə icazə verdi

"ABŞ-ın Kiyevə tədarük etdiyi F-16 qırıcıları Ukrayna ərazisində yerləşdiriləcək".

Bizimxeber.az bildirir ki, bu barədə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib. 

“ABŞ prezidenti ilə Ukrayna prezidentinin imzaladığı ikitərəfli təhlükəsizlik sazişi bizim Ukraynaya bu qırıcıları əldə etməkdə kömək etmək istədiyimiz tezisini təsdiqlədi. Onlar Ukraynada yerləşməlidirlər”.

O, həmçinin bildirib ki, Ukrayna hava məkanı üçün təhlükə yaranarsa, ölkə səmada Rusiya təyyarələrini məhv etmək üçün ABŞ-ın təchiz etdiyi hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər. O cümlədən, hətta Rusiyanın hava məkanında olsalar belə".