ABŞ Ukraynaya daha bir Patriot göndərəcək

Co Bayden administrasiyası Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üzərində işləyir.

Bizimxeber.az bildirir ki, bu barədə Bloomberg məlumat verib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ radarlarla birlikdə bir batareya da göndərmək istəyir. Avropalı müttəfiqlər həmçinin Ukraynaya öz anbarlarından əlavə hava hücumundan müdafiə sistemləri göndərmək imkanları üzərində işləyirlər, mənbələr bildiriblər.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Ukraynanın Xarkov və regionu qorumaq üçün iki Patriota ehtiyacı olduğunu demişdi.