ABŞ Ukraynanı HIMARS sursatıyla təmin etməyə davam edəcək

Pentaqon rəhbərinin müavini Kolin Koul bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı HIMARS reaktiv buraxılış sistemləri üçün dəqiq idarə olunan döyüş sursatları ilə təmin etməyə davam edəcək.

Bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Kolin Koulun sözlərinə görə, üstünlük daha çox GMLRS idarə olunan raketlərində olacaq, çünki "ukraynalıların onlara həqiqətən ehtiyacı var”. 

Departamentin nümayəndəsi həmçinin əlavə edib ki, Pentaqonun rəhbəri Lloyd Ostin cümə axşamı günü yeni hərbi yardım elan edə bilər. Almaniyadakı Ramşteyn aviabazasında o, onlarla ölkədən olan həmkarları ilə Ukraynada hərbi əməliyyatların gedişini, onun silah və sursata olan ehtiyaclarını müzakirə edəcək.

Xatırladaq ki, daha əvvəl Pentaqon Ukraynanın silah tədarükü çərçivəsində ABŞ-ın avtomobil platformasına quraşdırdığı "Harpun” gəmi əleyhinə raketləri ("Harpoon”) aldığını bildirmişdi.