ABŞ Ukrayna ilə uzunmüddətli müqavilə layihələrini dondurdu

ABŞ höküməti Kiyevə yardımı Konqreslə razılaşdırılmadığı üçün Ukrayna ilə uzunmüddətli müqavilə layihələrini dondurub.

Bizimxeber.az bildirir ki, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Qısamüddətli müdafiə yardımı üçün vəsaitimiz olsa da, Ukraynaya Yardım Təşəbbüsü və beynəlxalq hərbi maliyyələşdirmə çərçivəsində vəsait dondurulub", - Miller deyib. O deyib ki, burda söhbət uzunmüddətli müqavilə proqramlarından gedir.

Qeyd edək ki, Konqres ABŞ-ın müvəqqəti büdcəsini razılaşdıraraq hökumətin maliyyələşdirilməsində fasilələrin qarşısını almışdı. Sənəddə Ukraynaya yardım göstərilməyib.