ABŞ Türkiyəyə heç bir şərt qoymur - Ağ Ev

"Co Baydenin administrasiyası İsveçin NATO-ya daxil olması ilə bağlı protokolların Ankara tərəfindən ratifikasiyası qarşılığında Türkiyəyə F-16 qırıcılarının tədarükü üçün şərt qoymayıb".

Bizimxeber.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

“ Heç bir şərt yoxdur. Prezident Bayden uzun müddətdir ki, F-16-nın Türkiyəyə satılmasını dəstəklədiyini açıq şəkildə bəyan edib", - sözçü bildirib.

O, əlavə edib ki, ABŞ lideri və onun administrasiyasının yüksək rütbəli üzvləri dəfələrlə bildiriblər ki, qırıcı təyyarələrin Türkiyəyə satışı “NATO-nun qarşılıqlı fəaliyyətini asanlaşdırmağa kömək edəcək”.