ABŞ Türkiyəni qarışdırmaq istəyir - "Çəkin kirli əllərinizi Türkiyədən..."

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın Ankaradakı səfiri Jeff Flake-i ölkəni "qarışdırmaq" cəhdində ittiham edib.

Bizimxeber.az "Habbertürk"ə istinadən bildirir ki, hər bir Amerika səfiri Türkiyəyə necə zərər verə biləcəyini” düşünür. O, iddia edir ki, ABŞ səfiri başqa ölkələrin səfirlərini toplayıb onlara nə etməli olduqlarını məsləhət görməyə çalışır. Nazir əlavə edib ki, “bir nəfər onların oyununu pozdu – bu, Rəcəb Tayyib Ərdoğandır”.

“Amerika səfirinə deyirəm: mən bilirəm ki, sizin üçün hansı jurnalistlər işləyir. Çəkin kirli əllərinizi Türkiyədən. Nə etdiyinizi, hansı addımları atdığınızı, Türkiyəni necə qızışdırmaq istədiyinizi bilirəm".

Yanvarın 30-da ABŞ səfirliyi öz vətəndaşlarına İstanbulda terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Diplomatik nümayəndəlik Beyoğlu, Qalata, Taksim şəhər ərazilərində kilsə və sinaqoqlara mümkün hücumlardan narahatlığını bildirib. Səfirlik qeyd edib ki, Türkiyə hakimiyyəti bu problemlə məşğuldur.