ABŞ Suriyadakı yaraqlılara qarşı hava zərbələri endirdi

ABŞ Suriyada İŞİD terror qruplaşmasının düşərgələrinə bir neçə hava zərbəsi endirib.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “ABŞ Mərkəzi Komandanlığı oktyabrın 11-də səhər tezdən İŞİD-in Suriyadakı bir neçə düşərgəsinə bir sıra hava zərbələri endirib”, - TASS xəbər verir.

Bundan əvvəl ABŞ ordusunun müttəfiq Suriya qüvvələrinə artilleriya atəşi açdığı bildirilmişdi.