ABŞ silahları Rusiya ərazisini vurur - Lavrov

ABŞ silahları artıq Ukraynadakı münaqişə zonasından kənarda, Rusiya ərazisində müxtəlif hədəflərdə istifadə olunur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Güman edirik ki, ABŞ və digər Qərb silahları Rusiya ərazisindəki hədəflərə, ilk növbədə mülki infrastruktura və yaşayış məntəqələrinə zərbələr endirir. Bunun məsuliyyəti onların üzərindədir. Amerikalıların bununla bağlı hələ qərarın verilmədiyini göstərməyə çalışmaları isə məncə, hiylədir”, - Lavrov bildirib.