ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanımır - Smit

ABŞ hazırda Rusiyanı terrorizmin sponsoru kimi tanımağı faydalı hesab etmir. Onlar Rusiyaya qarşı sanksiyalar və ixrac məhdudiyyətləri şəklində əlavə məhdudiyyətlərin tərəfdarıdırlar. 

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Culian Smit deyib.

Smit qeyd edib ki, bu səbəbdən Birləşmiş Ştatlar bütün dünya üzrə bir çox tərəfdaş və müttəfiqləri ilə sanksiyalar üzərində işləməyə və Putinə və onun hökumətinə, Moskva rejiminə və iqtisadiyyata təzyiqləri artırmaq üçün əlavə sanksiyaların tətbiqi yollarını müəyyənləşdirməyə fokuslanıb: "Rusiya ordusunun bu müharibədə irəliləməsinin və yeni imkanlar yaratmasının qarşısını effektiv şəkildə alırıq. Ona görə də biz diqqətimizi sanksiyalar, ixrac məhdudiyyətləri və s. kombinasiyaya yönəldirik”.