ABŞ NATO ölkələrindəki hərbçilərinin sayını azaltdı

Avropada NATO ölkələrində ABŞ silahlı qüvvələrinin sayı 90 min nəfərdən 80 min nəfərə qədər azalıb.

Bizimxeber.az bildirir ki, bu barədə Amerika lideri Co Bayden bildirib.

“80 minə yaxın ABŞ hərbi qulluqçusu müttəfiqlərimizi sakitləşdirmək və Rusiyanın gələcək təcavüzünün qarşısını almaq üçün Avropadakı NATO ölkələrinə göndərilib və ya yerləşdirilib".

Qeyd olunur ki, 2022-ci ildə Avropa ölkələrində 90 min amerikalı hərbçi olub.