ABŞ-la Rusiya arasında daha bir qalmaqal - Amerikalı jurnalist həbs edildi

Amerikada nəşr olunan "Wall Street Journal"-ın müxbiri Evan Gerşkoviç Yekaterinburqda həbs edilib.

Bizimxeber.az “İnterfaks”a istinadən bildirir ki, bu barədə məlumatı Rusiya FSB kəşfiyyat xidməti yayıb.

Moskvada müxbir kimi fəaliyyət göstərən və Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş jurnalist “casusluq”da ittiham olunur.

Kəşfiyyatın məlumatında iddia olunur ki, müxbir “Amerika tərəfinin göstərişi əsasında hərəkət edərək, Rusiya hərbi sənaye kompleksi müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirrini əhatə edən məlumatları toplayıb. Rusiya qanunlarına görə, jurnalisti 20 ilə qədər həbs gözləyir.