ABŞ Kuk adalarının və Niuenin suverenliyini tanıdı

"Müvafiq məsləhətləşmələrdən sonra biz Kuk adalarını və Niueni suveren dövlətlər kimi tanıdığımızı qürurla elan edirik". Bizimxeber.az bildirir ki, bu barədə qərarı ABŞ prezidenti Coo Bayden elan edib.

Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar həmçinin Mikroneziya Federativ Dövlətləri, Marşal Adaları Respublikası və Palau Respublikası ilə azad assosiasiya sazişi üzrə danışıqları uğurla başa çatdırmaq əzmindədir.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Vaşinqtonun Çinin Tayvanı təcrid etməyə icazə verməyəcəyini bildirib .

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks bildirib ki, ABŞ qanunvericiləri hərbi yardımın, o cümlədən Tayvana köçürülməsi prosesini sürətləndirmək üçün bir sıra tədbirlər hazırlayırlar .