ABŞ Konqresinin ermənipərəst nümayəndələri yenə əl-ayağa düşüb

Azərbaycanın öz ərazi bütovlüyünün təmin etmək, erməni təxribatlarına cavab olaraq ötən gün həyata keçirdiyi Qisas əməliyyatından sonra ABŞ Konqresinin ermənipərəst üzvləri əl-ayağa düşüb.

Bizimxeber.az bildirir ki, onlar bu gün bəyanat yayıblar. 

Ermənipərəst Frenk Pallon bəyənatı Twitter səhifəsində yayaraq ABŞ Dövlət Departamentini və ABŞ-ın ATƏT-dəki həmsədrliyini Azərbaycanı dayandırmaq üçün mümkün diplomatik vasitələrdən istifadə etməyə çağırıb. 

Bəyənata dəstək verən daha bir ermənipərəst Konqresmen Jackie Speier isə bildirib ki, ABŞ-ın Azərbaycana dəstəyi danışıqlar masasına qayıdana qədər dərhal və tamamilə dayandırılmalıdır.

Bu arada Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparian Qarabağın azadlığını dəstəkləyən hər kəsə müraciət edərək Ağ Evi və prezident Co Baydeni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Qeyd edək ki, ermənipərəst konqresmenlər zaman-zaman belə səfeh bəyanatlar yayıb, emənilərin dəyirmanına su töküblər.