ABŞ İsrailə 1 milyardlıq silah yardım göndərdi

Ağ Ev Konqresi İsrailə növbəti 1 milyard dollarlıq hərbi yardımın verilməsi planları barədə məlumatlandırıb. 

Bizimxeber.az bildirir ki, bunu Amerika nəşrlərinə Konqresdəki iki mənbə məlumat verib. Bayden administrasiyası Konqresi İsrailə silah ötürmək niyyəti barədə məlumat göndərib. 

İddiaya görə paketə 700 milyon dollar dəyərində tank sursatları, 500 milyon dollarlıq taktiki maşınlar və 60 milyon dollar dəyərində minaatan güllələri daxildir.