ABŞ İranın PUA şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ İranın pilotsuz təyyarə şirkətinin rəhbərlərinə sanksiya tətbiq edib.

Bizimxeber.az ABŞ-ın Maliyyə Departamentinin bəyanatına istinadən bildirir ki, Vaşinqton İranın pilotsuz uçuş aparatları istehsal edən Paravar Pars şirkətinin rəhbərliyindən səkkiz nəfərə qarşı sanksiya məhdudiyyətləri elan etmək qərarına gəlib.

Həmçinin ABŞ və Avropa İttifaqı artıq bu şirkətə qarşı məhdudiyyətlər də tətbiq edib. Bu tədbirlərin səbəbi SEPAH-ın aerokosmik bölmələrini təchiz etmək üçün nəzərdə tutulmuş Şahed dronlarının istehsalı olub.

Vaşinqtonun bildirdiyinə görə, İran şirkəti öz PUA-larını Ukrayna hədəflərinə hücum etmək üçün Rusiyaya verib.