ABŞ İranın 80-dan çox PUA-sını vurub

Yaxın Şərqdəki  ABŞ qüvvələri İranın İsrail ərazisinə genişmiqyaslı hava hücumu zamanı azı altı ballistik raketi və 80-dən çox hücum pilotsuz təyyarəsini məhv edib.

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilir ki, İran tərəfdarı husi döyüşçülərinin nəzarətində olan Yəmən ərazisindən atılacaq zərbə silahlarından bəziləri atılmadan əvvəl vurulub. Belə ki, onlar buraxılış qurğusu ilə birlikdə bir ballistik raketi və yeddi hücum pilotsuz təyyarəsini məhv ediblər. 

Komandanlıq əlavə edib ki, onlar İranın hücumlarına qarşı İsrailə kömək etməyə davam edəcəklər.

Xatırladaq ki, İsrail aprelin 14-nə keçən gecə hücum zamanı İran və iranyönlü qüvvələrin atdığı hava hədəflərinin bir hissəsinin vurulmasına ABŞ, İngiltərə, Fransa və İordaniya başda olmaqla bir sıra ölkələrin kömək etdiyini açıqlamışdı. . 

ABŞ, Britaniya və İordaniya raketlərin və pilotsuz təyyarələrin vurulmasında iştirak etdiklərini rəsmən təsdiqləyiblər.