ABŞ-ın təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk etdi - Pentaqon

"Amerikanın təyyarədaşıyan gəmisi Dwight Eisenhower Qırmızı dənizi tərk edib".

Bizimxeber.az bildirir ki, bunu Pentaqonun sözçüsü deyib.

"Duayt Eyzenhauer aviadaşıyıcılarının zərbə qrupu bu gün ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasını tərk edib", - deyə bəyanatda deyilir.

Departament sözçüsünün sözlərinə görə, təlimdən sonra əvəzedici olaraq aviadaşıyıcıların zərbə qrupu Teodor Ruzvelt gələcək. Bundan əvvəl husilər Amerikanın “Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisinə raket hücumu barədə məlumat vermişdilər.