ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər


"Qərbin tənqidlərinə və vətəndaş cəmiyyətinin etirazlarına baxmayaraq, Gürcüstanın "Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi Tbilisinin ABŞ-la münasibətlərinə təsir edə bilər".

Bizimxeber.az bildirir ki, bu barədə  Ağ Evin sözçüsü Karin Jan-Pyer mayın 14-də keçirdiyi brifinqdə bildirib.

Ağ Evin nümayəndəsi vurğulayıb ki, ABŞ Gürcüstanın Kreml üslubunda “xarici agentlər” haqqında qanun layihəsindən dərin narahatdır. Biz demokratik dəyərlərə zidd olan və Gürcüstanı Aİ və unutmayaq, NATO dəyərlərindən daha da uzaqlaşdıracaq bu qanun layihəsi ilə bağlı narahatlığımızı açıq şəkildə söylədik”, o əlavə edib.

Karin Jan-Pier Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən kütləvi etirazları xatırladıb və həmçinin qeyd edib ki, hazırda Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin gözlənilən vetosuna necə reaksiya verəcəyi məlum deyil.

ABŞ Gürcüstana "xarici agentlər haqqında" qanuna görə mümkün sanksiyalar barədə xəbərdarlıq edib. "Biz parlamentin növbəti addımlarını izləyəcəyik, lakin qanun qəbul olunarsa, bu, bizi Gürcüstanla münasibətlərimizi əsaslı şəkildə yenidən nəzərdən keçirməyə məcbur edəcək", - deyə Ağ Evin sözçüsü bunun nə ilə bağlı ola biləcəyini açıqlamaqdan imtina edib.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti  kütləvi etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini  üçüncü, yekun oxunuşda qəbul edib.