"ABŞ Gürcüstanda “yumşaq çevriliş” etmək istəyir" - Skott Ritter

Vaşinqton Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Skott Ritter ABŞ -ın “Tour of Duty” YouTube kanalına müsahibəsində bildirib.

“Birləşmiş Ştatlar Gürcüstanda hazırkı hökuməti dəyişdirmək üçün “yumşaq çevriliş” etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə hər il 40 milyon dollar yardımdan istifadə edir”.

Onun sözlərinə görə, ABŞ Gürcüstan hökumətinin Rusiyaya qarşı ikinci cəbhənin yaradılması da daxil olmaqla, gürcü deyil, Amerikanın məqsəd və vəzifələrinə uyğun olmasını istəyir. O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar gürcülərin Amerikanın geosiyasi ambisiyaları ardınca ölməsinə icazə verməyə tam hazırdır.

Bundan əlavə, o, Gürcüstanı ABŞ hakimiyyətinin sabitliyi pozmağa çalışacağı Ukraynanın daha kiçik versiyası adlandırıb. Bu baxımdan Ritter eyham edib ki, Vaşinqton Əfqanıstan məsələsində olduğu kimi Ukraynanı da öz taleyinə buraxa bilər.