ABŞ Gürcüsatanla planlaşdırılan hərbi təlimi təxirə saldı

Pentaqon ikitərəfli münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi çərçivəsində Gürcüstanla Noble Partner birgə hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını elan edib.

Bizimxeber.az bildirir ki, təlimlərdə iştirak etmək üçün hazırlaşan Gürcüstanın müdafiə naziri İrakli Çikovani deyib ki, bu qərarı başa düşmür.

Çikovani qeyd edib ki, Müdafiə Nazirliyi ilə ABŞ Müdafiə Nazirliyi arasında müxtəlif əməkdaşlıq formatları mövcuddur və bu səbəbdən onlar 2025-ci ilə planlaşdırılan təlimlərə hazırlaşırlar.