ABŞ Fələstinin BMT-yə üzv müraciətini bloklayacaq

ABŞ Fələstinin BMT Təhlükəsizlik Şurasına üzvlük müraciətini yenidən bloklayacaq

Bizimxeber.az bildirir ki, bu barədə Amerikanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Neyt Evansın deyib. 

Fələstin BMT-də müşahidəçi statusuna malikdir. Aprel ayında Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Baş Assambleyaya Fələstini BMT-yə qəbul etməyi tövsiyə edən Əlcəzairin qətnaməsinə veto qoyub. Böyük Britaniya və İsveçrə səsvermədə bitərəf qalıb. BMT Təhlükəsizlik Şurasının qalan üzvləri lehinə səs verdilər.

Cümə günü Baş Assambleyanın Təhlükəsizlik Şurasına Fələstinin BMT-yə üzvlüyü məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsinə səs verəcəyi gözlənilir. Evans, Fələstinin hələ BMT-yə üzvlük meyarlarına cavab vermədiyini deyib və Vaşinqtonun Baş Assambleyada qətnamənin əleyhinə səs verəcəyini açıqlayıb.