"ABŞ-da defolt olmayacaq".
Bizimxeber.az bildirir ki, bu bəyanatı Nümayəndələr Palatasının spikeri Makkarti səslənidirib.
O, ABŞ hakimiyyətinin ölkədə defolt problemini mütləq həll edəcəyini deyib: "Defolt olmayacaq, biz bu problemi həll edəcəyik".
Bununla belə, Makkarti qeyd edib ki, ölkə rəhbərliyi ilə Konqresin respublikaçı çoxluğu arasında heç bir razılıq əldə olunmayıb. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre də ABŞ-ın defoltla üzləşməyəcəyini deyib.