ABŞ-da prezident seçkilərində ilkin səsvermədə 78 milyondan çox seçici iştirak edib.
Bizimxeber.az bildirir ki, onlardan 42,6 milyon nəfəri şəxsən, 35,3 milyon nəfəri isə poçt vasitəsilə səs verib.
Erkən səs verənlər arasında hazırkı dövlət başçısı Co Bayden, həmçinin Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris də var.
2020-ci ildə koronavirus pandemiyası zamanı keçirilən əvvəlki seçkilər vaxtından əvvəl səs verənlərin sayında rekord vurmuşdu. Sonra bir neçə seçki günü ərzində 101 milyondan çox insan poçtla və ya şəxsən səs verib.
KİV-in məlumatına görə, rekord sayda varlı amerikalı prezident seçkilərindən sonra hər hansı iğtişaş qorxusundan qeyri-müəyyən müddətə ABŞ-ı tərk etməyi planlaşdırır.