"ABŞ Çinlə münaqişə və ya qarşıdurma axtarmır" - Bayden

"Birləşmiş Ştatlar Çinlə sərt rəqabətə hazırdır, lakin dünyanın ümumi problemlərini həll etmək üçün birlikdə işləməyi bacarmalıyıq".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ lideri Co Bayden deyib.

"Çin və Birləşmiş Ştatlar iqlim dəyişikliyi kimi ümumi problemləri həll etmək üçün mümkün olan yerdə birlikdə işləməyi bacarmalıdır. Biz Çinlə sərt rəqabətə hazırıq və öz maraqlarımızı - dostlarımız və dəyərlərimiz adına müdafiə edəcəyik", - o deyib. Eyni zamanda o, ABŞ-ın “Çinlə münaqişə və ya qarşıdurma axtarmadığını” vurğulayıb.